İdman

Bacısı "Survivor"a qatılır - FOTO

19 Fevral 2020 11:57
1 Şərh     Baxış: 5 656
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PSJ-də çıxış edəq Mauro İkardinin bacısı İvana İkardi sürpriz qərar qəbul edib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, daim qalmaqallarla və qardaşının həyat yoldaşı Vanda Nara ilə davalarla gündəmə gələn İvana bu dəfə "Survivor"a qatılmaq qərarına gəlib.

2016-cı Argentinada "Big Brother" yarışmasına qatılan futbolçunun bacısı daha sonra bu proqramın İtaliya versiyasında yer almışdı. Onun qatılacağı "Survivor" yarışmasının qalibi 200 min avro mükafat qazanacaq. İvana yarışa qatılmazdan əvvəl iddialı danışıb: "Yarışda mümkün olduğu qədər irəliləmək istəyirəm. Hər şeyə nail ola biləməycimi göstərmək üçün çox çalışıram. Motivasiyam ox yüksəkdi".

Qeyd edək ki, İvana qardaşının Vanda Nara ilə evliliyə qarşı olduğunu dəfələrlə açıq şəkildə bəyan edib. O həmçinin Naranın qardaşı uşaqlarını ona göstərmədiyini bildirmişdi.

"Qardaşımı geri istəyirəm" yazan İvanaya Mauro İkardi belə cavab vermişdi: "Bu əsla olmayacaq. Niyə çalışmalı olduğun zamanı burda xərcləyirsən? Belə edərək heç nə əldə edə bilməyəcəksən. Məndən başqa 6 bacı-qardaşın var və niyə onları axtarmırsan?".

İvana isə ona "Mən onlara zəng edən zaman telefonlarıma cavab verirlər. Onların arxasında gözlərini kor etmək üçün cadu etdirən bir qadın yoxdu. Bu qədər axmaq olma və gözlərini aç. Olduğun kimi görünməyə başla" cavabını vermişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.