İdman

“Tottenhem” – “Leyptsiq” oyunu türklərə tapşırıldı

17 Fevral 2020 18:44
0 Şərh     Baxış: 1 135
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çempionlar Liqasının 1/8 final mərhələsində  keçiriləcək "Atalanta" - "Valensiya" və "Tottenhem" - "Leyptsiq" matçına hakim təyinatları açıqlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İtaliyada keçiriləcək "Atalanta" - "Valensiya" matçını İngiltərədən olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Maykl Oliver olacaq. Ona Suart Brut və Simon Bennett kömək edəcək. Dördüncü hakim funksiyasını Martin Atkinson yerinə yetirəcək. 

"Tottenhem" - "Leyptsiq" matçı isə türkiyəli hakimlərə tapşırılıb. Görüşü Cüneyt Çakır idarə edəcək.  Ona Bahattin Duran və Tarik Ongün kömək edəcək. Dördüncü hakim funksiyasını Halil Umut Meler yerinə yetirəcək.

Qeyd edək ki, hər iki görüş fevralın 19-dan 20-nə keçən gecə, saat 00:00-da start götürəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.