İdman

“Atletiko”nun hücumçuları “Liverpul”a qarşı oynaya biləcək?

14 Fevral 2020 19:04
0 Şərh     Baxış: 1 162
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son dövrlər aparıcı futbolçularının bir neçəsinin xidmətindən məhrum olan Madrid "Atletiko"sunun zədəlilərindən xəbər var.

Milli.Az sport24.az-a istinadən xəbər veri ki, paytaxt klubunun hücumçularından Alvaro Morata artıq sağalıb. O, nəinki UEFA Çempionlar Liqasının 1/8 finalında "Liverpul"a, həm də "Valensiya"ya qarşı La Liqa matçında iştirak edə bilər.

Xatırladaq ki, Morata sonuncu dəfə "Real"la Madrid derbisində iştirak etmişdi və həmin oyunda zədələnəndən sonra müalicə olunurdu.

Komandanın digər hücumçusu Dieqo Kosta isə hələ də sağalmayıb. Onun "Liverpul"la oyuna qədər sıraya dönməsi sual altındadı.

Madridlilərin heyətində Santyaqo Arias, Kiran Trippyer, Joao Feliks, Xose Ximenes, Hektor Herrera da zədədən əziyyət çəkir.

"Atletiko"nun "Valensiya" ilə çempionat matçı sabah, "Liverpul"la ÇL görüşü fevralın 19-da baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.