İdman

"Formula 1 yarışının Azərbaycan üçün bir çox faydaları var" - Çeyz Keri

12 Fevral 2020 11:36
Baxış: 1 243
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Formula 1 üzrə Azərbaycan Qran-prisinin ölkəyə bir çox faydaları var. Bu yarış Azərbaycanın dünyaya tanıdılması baxımından da mühüm əhəmiyyət kəsb edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Formula 1 Şirkətlər Qrupunun baş icraçı direktoru və sədri Çeyz Keri Bakı "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" adlı beynəlxalq konfransda çıxışında deyib.

Ç.Kerri Azərbaycanın bu yarışı yüksək səviyyədə təşkil etdiyini bildirib. O qeyd edib ki, Azərbaycanın peşəkar komandası var və birgə əməkdaşlıq nəticəsində yarışlar yüksək səviyyədə təşkil edilir.

Onun sözlərinə görə, Bakı Şəhər Halqası trekində müəyyən dəyişikliklər ola bilər.

Ç.Kerri vurğulayıb ki, Bakı bu yarışların keçirilməsi üçün gözəl məkandır.

O, həmçinin bu il dünya üzrə 22 Qran-pri təşkil ediləcəyini qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.