İdman

"Bordinin gedişindən sonra komandada canlanma var" - Aqil Məmmədov

8 Fevral 2020 23:31
0 Şərh     Baxış: 1 529
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Neftçi"nin qapıçısı Aqil Məmmədov Azərbaycan Premyer Liqasının 16-cı turunda "Qarabağ"la 0:0 hesablı heç-heçə etdikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə oyun haqqında fikirlərini bölüşüb:

- Bu gün qalib gəlmək istəyirdik. Yaxşı mübarizə apardıq. Yalnız qələbə çatmadı. Azarkeşlərə də təşəkkürümü bildirirəm. Baş məşqçiyə də çox sağ ol deyirəm ki, uzun müddətdən sonra mənə şans verdi.

- Ümumiyyətlə, qapı xəttində bu günkü dəyişiklik nə ilə bağlı idi?

- Düzü, mən bunu bilmirəm. Məşqçiyə aid bir sualdır.

- Sizcə, bu gün 2 xalı "Qarabağ" itirdi, yoxsa "Neftçi"?

- Biz oyuna həqiqətən də qələbə üçün çıxmışdıq. Futbolçularımız çox yaxşı, əzmkar mübarizə apardılar. Yenə deyirəm, sadəcə qələbə çatışmadı.

- Ancaq kənardan elə görünürdü ki, sanki komandalar 1 xala razıdır.

- Bunu deyə bilmərəm. Kənardan siz bizdən daha yaxşı görürsünüz.

- Roberto Bordinin gedişindən sonra sanki komandanın ab-havasında canlanma hiss olunur. Bununla razılaşırsınızmı?

- Bəli, razılaşıram.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.