"Roma"nın hücumçusu Edin Dzekonun İtaliya A Seriyasının 22-ci turunun Sassuolo ilə səfər oyununda (2:4) vurduğu qol onun üçün əlamətdar olub.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, bosniyalı futbolçu paytaxt təmsilçisinin heyətində bütün turnirlər nəzərə alınmaqla, 100-cü dəfə fərqlənib.
Hazırda 33 yaşlı forvard bu göstəricidə yalnız Vinçentso Montella (102), Pedro Manfreddini (104), Rodolfo Volk (106), Amadeo Amadeyi (111), Roberto Pruttso (138) və Françesko Tottidən (307) geri qalır.
Qeyd edək ki, Dzeko cari mövsümdə A Seriyasında meydana çıxdığı 22 oyunda 10 dəfə rəqib qapılarına yol tapıb.
Milli.Az