İdman

Bu gün Azərbaycan Premyer Liqasında fasilə başa çatır

1 Fevral 2020 13:39
0 Şərh     Baxış: 893
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün futbol üzrə Azrbaycan Premyer Liqasında qış fasiləsi başa çatacaq və 15-ci tura start veriləcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, üçüncü dövrənin ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.

Turun açılış matçında "Zirə" "Sabah"ı qəbul edəcək.

Günün digər qarşılaşmasında turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan "Neftçi" "Sumqayıt"la münasibətlərinə aydınlıq gətirəcək.

Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq. "Qəbələ" "Keşlə"ni qəbul edəcəksə, lider "Qarabağ" səfərdə "Səbail"in qonağı olacaq.

Azərbaycan Premyer Liqası

15-ci tur

"Zirə" - "Sabah"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rəşad Əhmədov.

Zirə İdman Kompleksinin stadionu, 15:00.

"Neftçi" - "Sumqayıt"

Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Namiq Bəkirov.

8-ci km stadionu, 17:30.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.