İdman

Rafael Ağayevlə İrina Zaretska dünyanın ən yaxşıları arasında

26 Yanvar 2020 16:57
1 Şərh     Baxış: 1 222
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rafael Ağayev (-75 kq) və İrina Zaretska (-68 kq) ötən mövsümün nəticələrinə əsasən "Grand Winners" mükafatı ilə təltif olunublar.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bununla da karateçilərimiz növbəti dəfə dünyanın ən yaxşı döyüşçüləri arasında yer alıblar.

Dünya Karate Federasiyasının (WKF) ilin yekunlarına əsasən təsis etdiyi nüfuzlu mükafat hər çəki dərəcəsində ən yüksək nəticə göstərən idmançılara təqdim olunur.

İdmançılara mükafatları WKF prezidenti Antonio Espinos və Karate1 Premyer Liqa turnirinin Paris mərhələsinin təşkilatçısı, Fransa Karate Federasiyasının prezidenti Fransis Didye təqdim edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.