İdman

"Səbail" Polşa klubuna qalib gəldi

25 Yanvar 2020 20:54
0 Şərh     Baxış: 756
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Antalyadakı təlim-məşq toplanışına yekun vurmağa hazırlaşan "Səbail" bu gün son yoxlama oyununa çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi Polşanın "Korona" komandası ilə qarşılaşıb. Görüş "Səbail"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 90-cı dəqiqədə "Səbail"in yeni transferi Hendrik Ekşteyn vurub.

Qeyd edək ki, "Səbail" bunadək 3 yoxlama oyunu keçirib. Aftandil Hacıyevin kollektivi Qazaxıstanın "Jetisu" komandasına 0:1, Ukrayna "Olimpik"inə isə 1:3 hesabı ilə məğlub olub. Komanda Rumınyanın "Voluntari"si ilə isə 2:2 hesablı heç-heçə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.