İdman

İtaliyalı hücumçu "Qarabağ"ın hədəfində

25 Yanvar 2020 20:51
1 Şərh     Baxış: 1 421
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" heyətini yeni legionerlə gücləndirə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Ağdam klubunun İtaliyanın B Seriyasında çıxış edən "Çittadella"nın futbolçusu Cüzeppe Paniko ilə maraqlandığı iddia olunur. 22 yaşlı hücumçunu B Seriyasının bir neçə klubu da transfer etmək istəyir. Onun klubu ilə müqaviləsi bu mövsümün sonuna qədərdir.
 
Qeyd edək ki, Paniko İtaliyanın U-17, U-18, U-19 və U-20 yığmalarında oynayıb. "Cenoa"nın yetirməsi 2018-ci ildən "Çittadella"da çıxış edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.