İdman

“Qalatasaray”da yeni müqavilə

23 Yanvar 2020 15:07
0 Şərh     Baxış: 1 269
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə çempionu "Qalatasaray" sol cinah müdafiəçisi Emre Taşdemirlə müqaviləni yeniləyib.

Milli.Az futbolinfo.az-a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu İstanbul klubu ilə müqaviləsinin müddətini 2020/21 mövsümünün sonuna kimi uzadıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Əvvəlki müqavilənin müddəti bu mövsümün sonunda bitəcəkdi.

"Qalatasaray" Taşdemirin yeni müqaviləyə əsasən qazancını da açıqlayıb. Müdafiəçi 2020/21 mövsümündə 2 milyon 200 min TL qazanacaq.

Emre Taşdemir ötən mövsümün qış fasiləsi zamanı, yəni düz 1 il öncə "Bursaspor"dan ayrılaraq "Qalatasaray"a keçmişdi. O, geridə qalan bu müddət ərzində İstanbul klubu ilə Super Liqada 13, Türkiyə kubokunda 4 oyuna çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.