İdman

Aqşin Ömərov 2 ildən sonra meydana döndü, komandası qalib gəldi

18 Yanvar 2020 08:23
0 Şərh     Baxış: 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycan kubokunun 1/32 final mərhələsinin cavab oyunları çərçivəsində 4 görüş baş tutub. 

Milli.Az apasport.az-a istinadən bildirir ki, "Yurd" ilk oyunda olduğu kimi, "Veqa" ilə dueli yenə qalib başa vurub. 

"Baku Fire-2" - "Hövsan" qarşılaşmasında nominal meydan sahibləri 6:3 hesabı ilə qalib gəliblər. Lakin ilk görüşdə 2:5 hesabı ilə uduzan komanda səfər qollarına görə mübarizəni dayandırıb.

İlk oyunda qazandığı qələbə sayəsində böyük üstünlük əldə edən "Altay" bu dəfə də "Zirvə Bakı"ya şans tanımayaraq 10 cavabsız top vurub. Günün son oyunu kifayət qədər maraqlı keçib. 

İlk oyunda qazanılan qələbə "Zirvə Bakı-2"nın mərhələ keçməsinə yetərli olmayıb. Cavab qarşılaşmasında sevinən tərəf "Bakı Fans" olub. Bu görüş Aqşin Ömərovun 2 illik cəzasını başa vurduqdan sonra keçmiş komandasının heyətində meydana çıxması ilə əlamətdar olub. Komanda yoldaşları kapitan sarğısını da təcrübəli futzalçıya verib və onun dönüşünü 1/16 finala vəsiqə ilə qeyd ediblər.
 
Azərbaycan kuboku
1/32 final, cavab oyunları
17 yanvar
"Veqa" - "Yurd" - 2:9

İlk oyun: 2:6
"Baku Fire-2" - "Hövsan" - 6:3
İlk oyun: 2:5
"Zirvə Bakı" - "Altay" - 0:10
İlk oyun: 2:7
"Baku Fans" - "Zirvə Bakı-2" - 5:3
İlk oyun: 3:4
 
Qeyd edək ki, mərhələnin növbəti 5 oyunu sabah, qalan 10 matçı isə yanvarın 19-da keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.