İdman

Fərid Nəbiyev Çexiyada klubunu dəyişdi

17 Yanvar 2020 10:34
0 Şərh     Baxış: 863
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyev Çexiyada klubunu dəyişib. II Liqa təmsilçisi "Viktoriya Jijkov" 20 yaşlı yarımmüdafiəçini "Slvaiya"dan transfer etdiyini bəyan edib.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, gənc oyunçu ilə 2,5 illik müqavilə imzalanıb. "Viktoriya Jijkov" bu keçid üçün təzminat ödəməyib. Müqavilənin detallarına əsasən, növbəti satışdan əldə olunan gəlirin 20 faizi həm "Qəbələ"yə, həm də "Slaviya"ya ödəniləcək.

"Viktoriya Jijkov"da "Qəbələ"nin digər yetirməsi Samir Qurbanov da çıxış edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.