İdman

“Barselona”dan futbolçularına anti-Pike qadağası

11 Yanvar 2020 17:50
0 Şərh     Baxış: 1 717
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona" oyunçuları üçün müqaviləyə onların peşəkar qeyri-futbol fəaliyyətini qadağan edən yeni xüsusi bənd əlavə edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, belə bir qərarın verilməsinə ötən il Jerar Pikenin Andorrada klub alması və tennis üzrə dünya kubokunun təşkilatçılığı işi ilə məşğul olması səbəb olub. Həmçinin Pike kayterinq, moda və elektron oyunlar biznesi ilə məşğul olur. Klub hesab edir ki, bununla futbolçu müqavilə ilə məxsus olduğu kluba lazımi səviyyədə vaxt ayıra bilmir.

Yeni qərar qeyri-rəsmi olaraq "anti-Pike" qadağası adlanır.

Bundan başqa, klub futbolçulara oyunlar və məşqlər zamanı sosial şəbəkədən istifadəni məhdudlaşdırıb, azarkeşlər üçün qapalı məkanlardan (məsələn, oyun öncəsi komandanın yerləşdiyi oteldən) şəkil yaymasına qadağa qoyub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.