İdman

"Liverpul" hücumçusunu icarəyə verdi

8 Yanvar 2020 19:04
0 Şərh     Baxış: 1 230
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Suonsi Siti" heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, İngiltərə Çempionşipində mübarizə aparan Uels təmsilçisi "Liverpul"un hücumçusu Rian Brusteri heyətinə qatıb.

19 yaşlı ingilis hücumçu "Suonsi Siti" tərəfindən mövsümün sonunadək icarəyə götürülüb.

Bruster "Liverpul"un öz yetirməsidir. İngiltərənin U-21 yığmasının da şərəfini qoruyan gənc forvard bu mövsüm "qırmızılar"ın heyətində cəmi 3 kubok qarşılaşmasının iştirakçısı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.