İqtisadiyyat

Qızılın qiyməti rekord həddə çatdı - Tarixdə ilk dəfə

1 Oktyabr 2025 11:43
Baxış: 335
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Nyu-York Ticarət Birjasında (COMEX) dekabr ayı üçün qızıl füçersləri 0.72% artaraq bir trua unsiyası üçün 3 901.20 dollara yüksəlib.

Milli.Az xəbər verir ki, bu, tarixdə ilk dəfədir ki, qızılın qiyməti 3 900 dollar səviyyəsini keçir.

Qiymət artımı ABŞ hökumətinin fəaliyyətini dayandırması ilə bağlıdır. Oktyabrın 1-də, ABŞ federal hökuməti rəsmi olaraq fəaliyyətini dayandırıb.

Bundan əvvəl qızılın qiyməti ilk dəfə 3 850 dollar/unsiya həddini keçmişdi. ABŞ hökumətinin bağlanma riski dolların qlobal bazarda zəifləməsinə səbəb olub, bu da qızılın bahalaşmasını sürətləndirib. Eyni zamanda, gümüşün qiyməti 2011-ci ilin may ayından bəri ilk dəfə olaraq bir unsiya üçün 47 dolları ötüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.