Cəmiyyət

Bakıda kvadratı 435 manata tam təmirli mənzillər satışa çıxarıldı - FOTOlar

1 Oktyabr 2025 11:53
Baxış: 896
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Ramana və Ümid qəsəbələrində, Abşeron və Samux rayonlarında yeni yaşayış binalarında mənzillərin ms.sosial.gov.az portalı üzərindən onlayn satışı davam edir.

Milli.Az xəbər verir ki, mənzillər 3 və 4 otaqlı olmaqla tam təmirli və çıxarışlıdır.

Mənzilləri həm nağd, həm də ipoteka krediti ilə almaq olar.

Yerləşmə ərazisindən asılı olaraq mənzillərin 1 kvadratmetr üçün qiyməti 435-850 AZN aralığında dəyişir.

Mənzil almaq istəyən şəxslər qeyd edilən portala daxil olaraq mənzillərlə tanış ola, almaq istədiyi mənzili seçərək onu portaldakı "Bron et" düyməsini sıxmaqla bron edə bilər. 

Mənzilləri bron etmək istəyən şəxs bunun üçün ASAN Loginin autentifikasiya vasitələrindən (identifikasiya nömrəsi, SİMA rəqəmsal imza, ASAN imza, SİMA Token (elektron imza), BSXM Elektron imza) birinə malik olmalıdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.