İdman

"Atletiko"də ciddi itki

1 Yanvar 2020 18:50
0 Şərh     Baxış: 657
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Atletiko Madrid" ciddi itki ilə üzləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Madrid təmsilçisinin fransalı yarımmüdafiəçisi Toma Lemar qeyri-müəyyən müddətə sıradan çıxıb.

24 yaşlı futbolçu omba əzələsindən zədə alıb. Onun bərpa müddəti açıqlanmır.

Qeyd edək ki, Lemar "Atletiko"da sonuncu oyununa dekabrın 22-də çxıb. O, həmin gün La Liqanın 18-ci turu çərçivəsində qarşılaşdıqları "Betis"lə oyunda (2:1) meydana start heyətdə çıxsa da, zədələndiyi üçün 57-ci dəqiqədə əvəzlənmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.