İdman

FİFA-dan milli üzvünə 10 oyunluq cəza - İrqçiliyə görə

24 Dekabr 2019 10:45
0 Şərh     Baxış: 1 456
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FİFA bəhreynli futbolçu Sayed Baqeri iqrçiliyə görə cəzalandırıb.

Milli.Az futbolinfo.az-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Baqer DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində baş tutan Honq Konq - Bəhreyn matçında irqçiliyə əl atıb. Noyabrın 14-də Honq Konqda baş tutan həmin matçda yerli azarkeşlərə etdiyi jestlə onların qıyıqgöz olmasına sataşan bəhreynli oyunçu buna görə 10 oyunluq cəzaya məruz qalıb.

FİFA Bəhreyn yığmasının üzvünə həm də 30 min İsveçrə frankı məbləğində cərimə kəsib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.