İdman

"Milan" son 3 ildə ikinci dəfə darmadağın olundu

22 Dekabr 2019 19:42
0 Şərh     Baxış: 1 319
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"İtaliya çempionatının 17-ci tur mərhələsində "Atalanta" "Milan"ı 5:0 hesabı ilə məğlub edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, qollar 10-cu dəqiqədə Alexandro Qomes, 61-ci dəqiqədə Mario Paşaliç, 63-dəqiqədə Yosip İliçiç və 83-cü dəqiqədə Luis Miriel tərəfindən vurulub.

"Milan" sonuncu dəfə oxşar məğlubiyyəti 2017-ci ildə "Latsio" ilə oyunda, 1:4 hesabı ilə yaşayıb.

"Atalanta" 31 xal toplayaraq 5-ci yerə yüksəlib. "Milan" 21 xalla 10-ci yerdədir.

Növbəti turda "Atalanta" "Parma"nı qəbul edəcək, "Milan" isə öz meydanında "Sampdoriya" qarşı görüş keçirəcək. Oyunların hər ikisi yanvar ayının 6-da keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.