Millimizin üzvü Eddi İsrafilovun çıxış etdiyi "Albasete" İspaniya Sequndasında növbəti oyununu keçirib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, komanda 21-ci turda doğma meydanda "Elçe" ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub. Eddi iki oyunluq cəzalandırıldığı üçün bu görüşdə iştirak etməyib.
Qeyd edək ki, "Albasete" hazırda 27 xalla 12-ci pillədə qərarlaşıb.
Milli.Az