İdman

ABŞ-ın dövlət katibindən Özilə dəstək - "Həqiqət zəfər çalacaq"

18 Dekabr 2019 19:29
0 Şərh     Baxış: 1 557
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın dövlət katibi Mayk Pompeo "Arsenal"ın yarımmüdafiəçisi Məsut Özilin Çində uyğurlara edilən haqsızlıqla bağlı fikirlərinə görə bu ölkədə ona qoyulan qadağalara münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Ağ Ev rəsmisi bu barədə şəxsi Tvitter səhifəsində paylaşım edib. O, türk əsilli alman futbolçunu dəstəklədiyini qeyd edib:

"Çin Kommunist Partiyasının təbliğatçı kanalları Özilə, "Arsenal"ın bütün oyunlarına qadağa qoya bilər, amma həqiqət zəfər çalacaq. Kommunist Partiyası uyğurlara və dünyanın digər dini konfessiyalarına qarşı törədilən insan hüquqları pozuntularını gizlədə bilməz".

Xatırladaq ki, Şərqi Türküstandakı insanlara edilən haqsızlıqlara bağlı "İnstaqram" səhifəsində yazdığı fikirlərlərə görə Çin höküməti ölkədə axtarış sistemlərindən Özilin adını sildirib, sosial şəbəkələrdə isə ona məxsus səhifələrin görüntülənməməsinə qərar verilib. Bundan başqa, Özilin "M10" adlı fan klubu bloklanıb. Eyni zamanda KİV-də "Arsenal"ın adının çəkilməsinə qadağa qoyulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.