İdman

Alman futbolçu yeni rekord müəyyənləşdirdi

10 Oktyabr 2019 14:19
0 Şərh     Baxış: 1 502
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniya millisinin futbolçusu Serj Qnabri yeni rekord müəyyənləşdirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, o, buna Argentina ilə yoldaşlıq görüşündə nail olub.

Matçda hesabı açan 24 yaşlı vinger yığmada keçirdiyi ilk 11 oyunda qollarının sayını 10-a çatdırıb. Qnabri bununla Miroslav Klozeyə məxsus uğurlu start rekordunu yeniləyib. Belə ki, Kloze millidə ilk 13 oyunda 10 qol vura bilmişdi.

Qeyd edək ki, Almaniya - Argentina matçı 2:2 hesabı ilə başa çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.