İdman

Yaponiya Qran-prisi tayfuna görə təxirə salına bilər

9 Oktyabr 2019 18:09
0 Şərh     Baxış: 810
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Formula 1" üzrə Yaponiya Qran-prisi tayfuna görə təxirə salına bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, proqnozlara əsasən, yarışın keçiriləcəyi günlərdə küləyin sürəti 240 m/s-yə çata bilər. Ona görə də Qran-prinin 11 - 13 oktybarda reallaşmaması mümkündür.

Qeyd edək ki, sonucu dəfə 2014-cü ildə Yaponiyada tayfun "Formula 1" yarışına problem yaradıb. Həmin il oktyabrın 5-də keçirilmiş Qran-pridə "Marussia" komandasının pilotu Jül Byanki "Suzuka" trasında 126 km/saat sürətlə qəzaya uğrayıb və komaya düşüb. Fransalı sürücü 17 iyul 2015-ci ildə Nitsada vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.