Hacı Əliyevi uduzdurdular, hakimi vurmaq istədi, araya polis girdi - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında Azərbaycan yığmasının güləşçisi xoşagəlməz hadisə ilə üzləşib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən Olimpiya mükafatçımız, üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev ilk görüşündə rusiyalı Hacımurad Rəşidova uduzub - 2:4.
Lakin idmançımız bu görüş qalmaqallı keçib. Belə ki, görüşün bitməsinə saniyələr qalmış pəhləvanımız 2:3 hesabı ilə uduzarkən tətbiq etdiyi fənd hakimlər tərəfindən iki xalla qiymətləndirilib və idmançımız 4:3 irəli keçib. Lakin rəqibin etirazından sonra bu iki xal silinib və dağıstanlı idmançıya daha bir xal verilib.
Bunu haqsızlıq sayan H.Əliyev qarşılaşmanın sonuncu saniyəsində etiraz əlaməti olaraq mübarizəni davam etdirməyib. Məşqçi və hakimlərin tələbi ilə xalça üzərinə qayıdan güləşçimiz görüş başa çatdıqdan sonra da etirazını nümayişkaranə şəkildə göstərib.
O, qalibi elan etmək üçün hakimə yaxınlaşmayıb. Nəticədə referi ikiqat Avropa çempionu olan rusiyalını tək qalib sayıb. Bundan sonra H.Əliyev hakimlərlə sərt mübahisə edib və məğlub olmadığını sübut etməyə çalışıb. O hətta ədalət təmsilçilərinin istifadə etdiyi əl tablosunu da götürərək onların özlərinə "qırmızı" göstərib və yerə çırpıb. Bundan sonra Hacı Əliyev dünya çempionatından diskvalifikasiya olunub.
Qeyd edək ki, Hacı Əliyev 2017-ci ilin dünya çempionatının finalında məhz bu rəqibi üzərində qələbə ilə qızıl medal qazanmışdı.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Terim Osimhen, İkardi və Leao görün nə düşünür
-
Tacikistan oyunu öncəsi suallar: Niyə bu futbolçulara şans verilmədi?
-
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - (Foto)
-
Mbappe 20 illik sponsorunu dəyişdi
-
Serxio Ramos: "Ardaya kifayət qədər şansı verilsə, onu keçə bilər"
-
"Qarabağ"ın 5 legioneri milli komandalarına çağırıldı
XƏBƏR LENTİ
-
Polis əməliyyatlar keçirdi: 73 nəfər tutulub
-
"Formula 1" ərəfəsində Heydər Əliyev Beynəlxalq Aeroportu gücləndirilmiş iş rejiminə keçəcək
-
Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək
-
Terim Osimhen, İkardi və Leao görün nə düşünür
-
Tanınmış rus aktrisa 46 yaşında öldü
-
Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı - (Foto)
-
35 yaşlı qadın avtobusa "ərə getdi" - (Foto)
-
Bakıda binada güclü yanğın söndürüldü - Yenilənib - Foto
-
DGK rəisi Fərid Usubovun yerinə onu təyin etdi
-
Bakıda şirkətə 16 min dollar cərimə yazıldı
-
67 yaşlı kişi bıçaqlandı - Şübhəli arvadıdır
-
Türküstanda pişik maşını beton hasara çırpdı - (Video)
-
Qarabağda son döyüş: DİN-nin Daxili Qoşunlarının hərbi qulluqçuları danışır - (Video)
-
Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - (Video)
-
Tacikistan oyunu öncəsi suallar: Niyə bu futbolçulara şans verilmədi?
-
Keçmiş baş nazir küçədə broşür payladı
-
SOCAR "Neftçilər Günü" ilə bağlı videoçarx yayımlayıb
-
“Erməni separatçılarının “arzusu”nu dəfn edən gün” — Leyla Tariverdiyevanın “AKTUAL” yazısı
-
Övladın atasına hazırladığı tort kövrəltdi – (Foto)
-
Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb - (Foto)
-
"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı - (Foto)
-
Qarabağda son nöqtə: 23 saatlıq əməliyyatın tarixi əhəmiyyəti
-
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - (Foto)
-
140 min manatlıq qızılı tapdı, görün nə etdi - (Video)





