İdman

Anqola gimnastı: "Mİlli Gimnastika Arenasında çıxış etmək mənim üçün şərəfdir"

18 Sentyabr 2019 18:28
Baxış: 380
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda dünya çempionatının təşkili çox gözəldir.

Milli.Az bildirir ki, bunu Trend-ə Anqola gimnastı Elis Tomas təsnifat yarışlarında çıxışından sonra deyib.

O, bugünkü çıxışından razı qaldığını deyib:

"Hər şey normal keçdi, ümid edirəm ki, sabah daha yaxşı nəticə göstərəcəyəm. Bakıda möhtəşəm gimnastika arenası var, məşq zalı gözəldir. Ölkəmizdə bu cür şərait yoxdur, ona görə də burada çıxış etmək bizim üçün şərəfdir".

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.