İdman

Fatih Terimin cəzası ilə bağlı yeni qərar

12 Sentyabr 2019 21:08
0 Şərh     Baxış: 1 636
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Qalatasaray"ın baş məşqçisi Fatih Terimin 4 oyunluq cəzasını 3-ə endirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis, həmçinin 19 min yox, 13 min türk lirəsi cərimə ödəyəcək.
 
Beləliklə o, Türkiyə superliqasında  "Kasımpaşa", "Malatyaspor" və "Fənərbaxça" ilə oyunlarda texniki zonada yer ala bilməyəcək.

Qeyd edək ki, F.Terimin ölkə çempionatının 3-cü turunda  "Kayserispor"la matçdan  sonrakı açıqlaması idman qaydalarına zidd hesab edildiyi üçün o,  əvvəlcə 4 oyunluq cəzalandırılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.