“Qarabağ” - “Neftçi” matçının biletləri 51 manata
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu həftə Premyer Liqa tarixinin ən bahalı biletləri satışa çıxacaq. Sentyabrın 15-də, Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" - "Neftçi" matçını izləmək istəyənlər 51 manatından keçməli olacaq.
Milli.Az xəbər verir ki, futbolinfo.az-ın əldə etdiyi məlumata görə, Ağdam klubu oyun ərəfəsində satışa çıxaracağı biletlərə belə qiymət qoyub. Həmişə 1-2 manat olan biletlərin belə bahaya satılması rəqiblə bağlıdı.
Ötən mövsümün son turunda "Neftçi" "Qarabağ" azarkeşlərini "Bakcell Arena"dan kənar saxlamaq üçün gözlənilmədən 50 manatlıq biletləri satışa çıxarmışdı. Ağdamlılar çempionluq kubokunu bu oyundan sonra, əzəli rəqibin meydanında qaldıracağından paytaxt klubu onların bayramını korlamaq, tribunaları boş qoymaq istəyirdi.
"Qarabağ" tərəfi mayın 11-dəki oyunda dəstəksiz qalmamaq üçün rəqibin həmləsinə eyni üsulla cavab verdi. Bütün futbolçular maaş və mükafatlarından 1500-2000 manat aralığında ayıraraq büdcə yaratdı, həmin pulla 700 azarkeş üçün bilet təşkil edildi. Beləliklə, "Neftçi"nin büdcəsinə 35 min manat vəsait getdi, "Qarabağ" isə prinsipiallığı artan son matçda da qələbə qazanıb çempionluğunu "Bakcell Arena"da, azarkeşləri ilə birgə qeyd etdi.
Bu həftə baş tutacaq 4-cü tur matçının biletlərinin 51 manat olması məhz həmin olayların cavabıdı. Son anadək fikir dəyişməsə, əslində, rəqabət baxımından maraqlı addım olacaq. Görək azarkeşləri tərəfindən boykot olunan "Neftçi" bu oyunu izləmək üçün neçə fanatına bilet alacaq?
Bəlkə də "Qarabağ" bu oyunu biletsiz etməklə daha ciddi addım atar, jestinin anlamı da böyük olardı. "Neftçi" fanatlarının onsuz da küskün olduğu, tribunalara gəlmədiyi bir vaxtda 51 manatlıq biletin ciddi effekti olmayacaq. Ancaq bəlkə də ağdamlıların etdiyi doğrudu. Fanatların küskünlüyü üzündən bakılılar eyni cavabı verə bilməyəcək və mayda etdikləri səhvin cəzasını çəkəcəklər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan millisinin heyəti açıqlandı - 30 futbolçu
-
"Arda Güler “Barselona”ya gedəcəkdi, o açıqlamadan sonra qərarını dəyişdi"
-
Formula 1 vaxtı bir çox əsas yollar müəyyən saatlarda açıq olacaq
-
Neftçi 1000-ci oyununa çıxır
-
Avropa Liqası: “Beşiktaş” Fransa nəhəngini darmadağın etdi
-
“Ayaqlarım mənim əvəzimə daha yaxşı danışır” - Mbappe
XƏBƏR LENTİ
-
Paşinyan Almaniyada mükafat aldı - (Yenilənib)
-
Bakıda 12 gün reanimasiyada qalan körpə xilas edildi
-
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
-
Sadıqova 21 min manatlıq stəkan alan sabiq rəisin məhkəməsi başladı
-
Alimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu
-
Pakistanda məscid yaxınlığında güclü partlayış: 15 ölü, 50 yaralı - (Video)
-
İlanın ağzından çıxanlar təəccübləndirdi - (Video)
-
Kazımcan arıqlayıb elə oldu - (Video)
-
Antalyada dəhşətli qəza - (Video)
-
Elgiz Əkbər: "Oturub Milli Məclisdə, bir dəfə də məni yığmır" - (Video)
-
Boşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda
-
Azərbaycanın ilk sərhədçi generalı vəfat etdi
-
Həftəsonu hava dəyişəcək: Leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Pensiyalar 10 faiz artıb
-
Azərbaycan millisinin heyəti açıqlandı - 30 futbolçu
-
Milli Musiqi Günü münasibətilə vağzalda fləşmob keçirildi - (Video)
-
Məşhur müğənni 15 ildən sonra Suriyada konsert verdi
-
Hörmüz boğazında tankerə hücum edildi
-
Afra Saraçoğlu da saxlanıldı
-
Ermənistanın keçmiş Baş nazirinin qardaşı saxlanıldı
-
Formula-1 ilə əlaqədar Bakıda bu yollar bağlanacaq - Tarixlər
-
"Arda Güler “Barselona”ya gedəcəkdi, o açıqlamadan sonra qərarını dəyişdi"
-
Ölkədə ətin qiyməti bahalaşacaq?
-
Kadırovun 18 yaşlı oğlu çıxışı ilə gündəm oldu - (Video)





