İdman

Dünya futbolunda nadir hallarında rast gəlinəcək FOTO Türkiyədə çəkildi

25 Avqust 2019 11:00
0 Şərh     Baxış: 4 370
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən gün oynanılan Türkiyə Super Liqasının "Başakşəhər" - "Fənərbaxça" oyununda maraqlı hadisə diqqət çəkib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, oyundan öncə dünya futbolunda nadir hallarda rast gəlinən foto çəkilib.

Belə ki, hazırda "Fənərbaxça"nın kapitanı olan Əmrə Bəlözoğlu bundan öncəki klubu "Başakşəhər"in start heyəti ilə foto çəkdirib.

Hər matçdan öncə komandaların start heyətlərinin çəkdirdiyi fotoya "Başakşəhər"li Arda Turan tərəfindən dəvət olunan 39 yaşlı yarımmüdafiəçi təklifdən imtina etməyib.

Qeyd edək ki, Əmrə Bəlözoğlu "Fənərbaxça"dan öncə dörd il "Başakşəhər"in formasını geyinib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.