İdman

Alimlər araşdırdı: Messi, yoxsa Ronaldo güclüdür?

21 Avqust 2019 14:14
29 Şərh     Baxış: 6 495
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belçikan Lyoven Katolik Universitetinin alimləri Argentina millisinin futbolçusu Lionel Messinin, yoxsa Portuqaliya yığmasının oyunçusu Kriştiano Ronaldonun ən yaxşı olduğunu müəyyənləşdirən formul tərtib ediblər.

Milli.Az offsideplus.az-a istinadən bildirir ki, VAEP adlanan formulda yalnız qol və məhsuldar ötürmələri deyil, zərbə, driblinq, sürüşmə fəndi və digər elementləri də nəzərə alıblar.

Alimlər hesablamaları hər iki hücumçunun 2013-2018-ci illər ərzində sərgilədikləri oyunlar əsasında aparıblar. Araşdırmada iştirak edən universitetin aspirantı Tom Dekrosun sözlərinə görə, ilk mövsümlərdə Messi və Ronaldonun göstəriciləri demək olar ki, eyni olub: "Lakin 2015/2016 mövsümündən etibarən Messi məşhur rəqibini ötməyə başlayır".

Bildirilir ki, Messinin bir oyun üçün VAEP göstəricisi 1,21, Ronaldoda isə 0,61-dir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.