Avstriyalı gimnast "EYOF Bakı 2019"-dakı çıxışı haqqında danışıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
148 xal toplayaraq, komandamız növbəti mərhələyə yüksəlib.
Milli.Az bildirir ki, bunu Trend-ə Avstriya gimnastı Pol Şmoelçer "EYOF Bakı 2019" XV-ci Yay Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində idman gimnastika yarışlarında çıxışından sonra deyib.
XV Yay Avropa Gənclər Olimpiya Festivalındakı müsbət çıxışlarını qeyd edərək, o deyib:
"Yaxşı çıxış etdim. Mən və komanda yoldaşlarım komanda yoldaşlarımızdan birinin finala çıxması üçün mümkün olan hər şeyi etdi. Komandamızdakı altı idmançının hamısı çox çalışdı. 148 xal qazandıq və növbəti mərhələyə keçdik."
Şmoelçer vurğulayıb ki, bu onun Bakıya ilk səfəridir, o sabah şəhərə gedəcək və bütün görməli yerləri ziyarət edəcək.
"Bakı çox gözəldir və ümid edirəm ki, şəhərin böyük bir hissəsini görərəm", o, deyib.
Qeyd edək ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışlara start verilib.
İdman gimnastikası yarışlarının ilk günündə kişi gimnastlarımız mübarizə aparırlar. Onlar müxtəlif hərəkətlər və çoxnövçülükdə yarışırlar.
Yarışda Azərbaycanı 4 gimnast - Səməd Məmmədli, Ağakazım Rüstəmov, Mənsum Səfərov və Milana Minakovskaya təmsil edirlər.
Xatırladaq ki, iyulun 21-də Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.
Festivalda Avropanın 48 ölkəsindən 3900 atlet iştirak edəcək. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayacaqlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.
Festivalda Azərbaycanı 122 idmançı təmsil edəcək.
XV Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Real"ın ulduzunun qəribə həyatı: Atası müsəlman, özü xristian, anası buddist... - FOTO
-
DÇ-2026: Mərakeş millisi 1/4 finala vəsiqə qazanıb
-
DÇ-2026: Fransanın oyunu təxirə salına bilər
-
"Beşiktaş"dan 20 milyon avroluq transfer (Foto)
-
Baş məşqçi Argentina ilə matçdan öncə gözlənilməz qərar verdi
-
Cokoviç Federerə şərik oldu
XƏBƏR LENTİ
-
Enerji içkisi sevənlər oxusun
-
Çılpaq yatmağın faydaları
-
"Real"ın ulduzunun qəribə həyatı: Atası müsəlman, özü xristian, anası buddist... - FOTO
-
Xalq artisti özündən gözəl qızı ilə Fotolarını yaydı
-
Rusiya Ukraynaya atəşkəs təklif etdi
-
Xaricdən gətirilən bəzi avtomobillərin VİN kodu silinir - xəbərdarlıq - (Video)
-
Günün qoroskopu: Yeni insanlarla tanış olmaq karyeranızda müsbət irəliləyişlərə səbəb ola bilər
-
81 yaşlı Türkan Şorayın son halı (Foto)
-
Zəngilanda çayda boğulan şəxsin meyiti tapılıb - Yenilənib
-
Venesuelada zəlzələ qurbanlarının sayı 3 minə çatıb
-
74 yaşlı Bülənt Ərsoy estetik etdirdi - Xəstəxanadan (Foto)
-
Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi
-
Uşaqları ilə su anbarında batan şəxs şəhid övladı imiş
-
Səbinə Salmanovaya ağır itki
-
DÇ-2026: Mərakeş millisi 1/4 finala vəsiqə qazanıb
-
Kondisioneri neçə dərəcədə işlətmək daha düzgündür?
-
DÇ-2026: Fransanın oyunu təxirə salına bilər
-
Tramp: Xameneinin dəfnində hamını məhv edə bilərik, amma onda danışıq aparacaq heç kim qalmayacaq
-
İşlənmiş avtomobil alarkən ilk növbədə nələrə diqqət yetirmək lazımdır
-
İsti havada çimərliyə bu qidaları aparmaq olmaz
-
"Ən bahalı geyimim 500 manatdır" - İzzət Bağırov
-
Ələt-Astara avtomobil yolunun kənarında açıq ərazidə yanğın baş verib (Video)
-
"Arzum"un həyat yoldaşı Denis danışdı (Video)
-
İran Yaponiya ilə neft satışını müzakirə edir





