“EYOF Bakı 2019”da iştirak edəcək cüdoçularımızın rəqibləri müəyyənləşib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gənclər Olimpiya Festivalı çərçivəsində keçiriləcək cüdo yarışlarının püşkü atılıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, püşkatma mərasimində Avropa və Azərbaycan Cüdo federasiyalarının rəsmiləri, yeniyetmələrdən ibarət milli komandaların məşqçiləri, tanınmış cüdo mütəxəssisləri iştirak ediblər. Püşk nəticəsində milli komandamızın 4 qız və 8 oğlan idmançısının ilk rəqibləri müəyyənləşib.
Qızlar arasında yarışlarda səkkizdəbir finalda Gülşən Bəşirova (44 kq) Mariya Qonzales (İspaniya), Səbinə Əliyeva (52 kq) Raquel Brito (Portuqaliya) ilə, on altıdabir finalda Aytac Qardaşxanlı (57 kq) Erika Vauhkonen (Finlandiya), səkkizdəbir finalda Nərmin Əmirli (70 kq) Yael Van Hemstlə (Hollandiya) mübarizə aparacaq.
Oğlanların yarışında səkkizdəbir finalda İsmayıl Qənbərli (50 kq) Sergey Mastriukov (Rusiya), on altıdabir finalda Şükran Zamanlı (55 kq) Migel Gaqo (Portuqaliya), Turan Bayramov (60 kq) Kote Kapanadze (Gürcüstan) - Adam Safer (Avstriya) cütünün qalibi, səkkizdəbir finalda Mətin Rzazadə (66 kq) Pijus Mikalauskas (Litva) - Elguja Şinçaraşvili (Gürcüstan) qarşılaşmasının qalibi, Vüqar Talıbov (73 kq) Cianis Yauseyenka (Belarus) - Mustafa Həbib (Bosniya) cütünün qalibi, on altıdabir finalda Məhərrəm İmamverdiyev (81 kq) Vlad Topala (Rumıniya), Ruslan Nəsirli (90 kq) Borislav Vladov (Bolqarıstan), səkkizdəbir finalda Hüseyn Məmmədov (+90 kq) Daniel Udsilauri (Almaniya) ilə qarşılaşacaqlar.
Proqrama əsasən, iyulun 24-də qadınlar 40, 44 və 48 kiloqram, oğlanlar 50, 55, 60 kiloqram, iyulun 25-də qızlar 52, 57 və 63 kiloqram, oğlanlar 66 və 73 kiloqram, iyulun 26-da qızlar 70 və 70 kiloqramdan yuxarı, oğlanlar 81, 90 və 90 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar. İyulun 27-də isə qarışıq komanda yarışları keçiriləcək.
Qeyd edək ki, festivala 40 ölkədən 297 cüdoçu qatılacaq. Heydər Əliyev adına İdman Sarayında baş tutacaq cüdo yarışlarına saat 10:30-da start veriləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Elşad Namazov vəzifəsindən getdi
-
"Volkswagen" 200 mindən çox avtomobili geri çağırır – SƏBƏB
-
Həbsdə ölən keçmiş icra başçısının binası satışa çıxarıldı
-
"Qarabağ"ın 5 legioneri milli komandalarına çağırıldı
-
Tramp üçüncü prezidentlik dövründə əldə etdiyi 25 nailiyyət - Siyahı - (Foto)
-
Bakıda qadına çoxsaylı bıçaq zərbələri vuruldu: 17 yaşlı oğlu tutuldu
-
Bu xanıma yüksək vəzifə verildi
-
On beş milyon azadlıq mərmisi
-
"Həmin oğlan uşaqlarının valideynini “öldürmək” istəyirəm" - (Video)
-
Harri Keyn Bundesliqada tarix yazdı
-
Pakistanda terror aktında ölənlərin sayı 31-ə çatdı
-
Milli Musiqi Günü münasibətilə Gəncə Dövlət Filarmoniyasında konsert proqramı keçirilib (Foto)
-
Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılaşdı
-
Əfsanəvi futbolçu vəfat etdi
-
Şəbnəm Tovuzlu fanatına ağız büzdü – (Video)
-
Azərbaycanda 90 məktəblə bağlı qərar verildi
-
30 illik işğaldan tam suverenliyə - Prezident İlham Əliyevin böyük Zəfəri
-
Bundesliqa: “Bavariya” darmadağınla qalib gəldi
-
Nərgiz Rüstəmovaya yüksək vəzifə verildi
-
Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
-
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar təhlükəlidir? - (Video)
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
-
Rusiyada uşaqlara Burak adını verirlər





