İdman

Güləşçimiz erməniyə qalib gələrək medal qazanıb

13 Aprel 2019 21:04
0 Şərh     Baxış: 1 237
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, güləşçimiz Taleh Məmmədov (63 kq) bürünc medal uğrunda görüşdə ermənistanlı idmançını məğlub edib.

Güləşçimiz bundan öncə təsnifat mərhələsində Moldova təmsilçisindən güclü olub. Daha sonra yerli idmançıyla görüş gərgin mübarizə şəraitində keçib və yenə sevinən tərəf təmsilçimiz olub, lakin yarımfinalda Məmmədov Norveç idmançısına yenilib.

Digər güləşçimiz Eldəniz Əzizli (55 kq) də, bürünc medal qazanıb. E.Əzizli medal uğrunda mübarizədə türkiyəli idmançıdan güclü olub.

Dünya və Avropa çempionu Eldəniz Əzizli ilk görüşündə serb güləşçini cəmi 1 dəqiqə 54 saniyəyə məğlub edib. Eldəniz 1/4 finalda əsas rəqiblərindən sayılan gürcü idmançıya da heç bir şans verməyib və vaxtından əvvəl qələbə qazanaraq yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında Əzizli Rusiya güləşçisinə uduzub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.