İdman

Fevral ayında "YouTube"da ən çox izlənilən klub

8 Mart 2019 02:30
0 Şərh     Baxış: 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"YouTube" kanalı fevral ayında ən çox izlənilən dünya futbol klublarının siyahısını açıqlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, siyahıda birinci yerdə 20 milyon 600 min baxışla İspaniyanın "Barselona" klubu qərarlaşıb. Buna səbəb klubun fevralda 2 dəfə "Real Madrid"lə qarşılaşması olub. Bundan əlavə Kataloniya təmsilçisi bu ayda "Valensiya", "Atletik Bilbao", "Real Valyadolid" və "Sevilya" ilə maraqlı oyunlar keçirib.

Siyahıda ikinci pillədə İngiltərənin "Mançester Yunayted" klubu yer alıb. Mançester təmsilçisi 13 milyon 900 min baxış toplayıb. "Mançester Siti" isə 7 milyon 860 min baxış sayı ilə üçüncü olub. "Mançester Siti"dən 340 min baxış geridə olan Fransanın "Paris Sen-Jermen" klubu 7 milyon 520 min göstərici ilə dördüncü, "Liverpul" isə 6 milyon 670 minlə beşinci olub.

Qeyd edək ki, İstanbulun "Fənərbağça" klubu 5 milyon 500 min baxışla onuncu yerdədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.