İdman

Azarkeşlərə qab atan futbolçu cəzalandırıldı - VİDEO

8 Aprel 2010 16:41
Baxış: 339
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı CNN Türk-ə istinadən xəbər verir ki, perulu hücumçu "Hamburq"un "Hannover"ə qarşı keçirdiyi oyundan sonra tribunaya su qabı atdığına görə beş oyunluq diskvalifikasiya edilib. Bundan başqa, futbolçu 20 min avro cərimə də ödəməli olacaq.

Xatırladaq ki, "Hamburq"-"Hannover" oyunu 0:0 hesablı heç-heçə ilə nəticələnib. Qarşılaşmadan sonra futbolçular meydançanı tərk edərkən azarkeşlərin onları fitə basması Paolo Qerreronu hirsləndirib və futbolçu plastik su qabını tribunaya atıb. Qab azarkeşlərdən birinin çiyninə dəyib və xəsarətə səbəb olmayıb.

Paolo Qerrero Almaniya Bundesliqasında altı oyun keçirib və dörd qol vurub.

Milli.Az


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.