İdman

Kaka bu gözəllə evlənir - FOTO

13 Yanvar 2019 13:04
2 Şərh     Baxış: 2 289
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliyalı veteran futbolçu Kaka ikinci dəfə ailə həyatı qurur.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, 36 yaşlı sabiq yarımmüdafiəçi Ana Karolina Dias Ferreyra ilə evlənir. 

Kaka və Ana artıq 3 ildir ki, birlikdədir. Onlar artıq münasibətlərini rəsmiləşdirmək qərarına gəliblər.

31 yaşlı Ana Braziliyanın məşhur seriallarının baş rollarını ifa edib. O, həmçinin teleaparıcı kimi də fəaliyyət göstərir.

Kaka ilk dəfə 2005-ci ildə Karoline Keliso ilə evlənib. Həmin vaxt futbolçunun 23, xanımının 19 yaşı olub. Onların 2008-ci ildə Luka Keliso Leyte adlı oğlu, 2013-cü ildə İzabella adlı qızları dünyaya gəlib. Cütlük 2015-ci ildə sürpriz şəkildə boşanıb.

Qeyd edək ki, Kaka karyerasını 2017-ci ildə ABŞın "Orlando Siti" klubunda bitirib. O, həmçinin Braziliyanın "San Paulo", İtaliyanın "Milan" və İspaniyanın "Real" klublarında çıxış edib, milli komandada keçirdiyi 92 oyunda 29 qol vurub.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.