İdman

Məşhur futbolçu bu gün məhkəmə qarşısına çıxarılacaq

7 Aprel 2010 11:43
Baxış: 183
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı CNN Türk-ə istinadən xəbər verir ki, bu gün yerli vaxtla saat 06.30-da (Bakı vaxtı ilə saat 08.30) Ridvan Dilmən iki polis əməkdaşının müşayiəti ilə xəstəxanaya aparılıb. Həkim müayinəsindən keçirilən "Şeytan" ləqəbli keçmiş futbolçunun əhval-ruhiyyəsi yaxşı olub. O, xəstəxanada cəmi 5 dəqiqə olub.

Xəstəxanadan çıxan Ridvan Dilmən jurnalistlərə bildirib ki, polis telefonları qanunsuz dinləyən cinayətkar qrupu 1997-ci ildən izləyib. "Mənim də danışıqlarım təsadüfən üzə çıxıb. Məni polisə ifadə vermək üçün çağırdılar, ifadəmi verdim".

Qeyd edək ki, telefonların qanunsuz dinlənilməsi ilə bağlı Ridvan Dilmənlə yanaşı aralarında iş adamlarının olduğu 24 nəfər gecəni polisdə keçirib. İstanbulun polis rəisi Hüseyn Çapkın bildirib ki, saxlanılanların sayı arta bilər.

Konkret olaraq, Ridvan Dilmənə gəldikdə isə, onun jurnalist sevgilisi N.Y. və həyat yoldaşı Ayşenur Dilmənin telefonlarını istefada olan və ya işdən çıxarılmış polis əməkdaşlarından ibarət bir qrupa dinlətdiyi bildirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.