İdman

Qurban Qurbanov "Arsenal"la oyundan danışdı

13 Dekabr 2018 07:35
0 Şərh     Baxış: 951
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda səfərdə "Arsenal"la oyun öncəsi mətbuat konfransı keçirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, sabah yaxşı oyun göstərmək üçün meydana çıxacaqlarını deyib:

"Qrup mərhələsində sonuncu oyunumuzdur, rəqibimiz isə İngiltərənin köklü klublarından "Arsenal"dır və gücü hamıya bəllidir. Bilirik ki, rəqib bu mövsüm çox yaxşı nəticələr göstərir və İngiltərə nəhənglərindən biridir. Sabah da yaxşı oyun göstərmək üçün meydana çıxacağıq və çalışacağıq ki, ən yaxşı formada özümüzü göstərək".

Qeyd edək ki, "Arsenal" - "Qarabağ" görüşü sabah Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.