Mahir Mədətov tənqidlərə cavab verdi - "Özümü kiməsə sübut etmək fikrim yoxdur"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İştirakım olmayan epizodlarda, mövqeyimdən uzaq baş verənlərdə, hətta komandamız qalib gələn zaman mənə təhqirlər davam edirsə, buna başqa izah verə bilmirəm.
Milli.Az xəbər verir ki, report-a açıqlamasında "Qarabağ" klubunun və Azərbaycan milli komandasının futbolçusu Mahir Mədətov ev oyunları zamanı fitə basılmasına cavab olaraq deyib.
Mədətov son oyunlarda qol vura bilməməsini belə izah edib:
"Hamıdan çox fərqlənib komandama kömək etmək istəyirəm. Futbol bir komanda oyunudur. Komanda yoldaşım fərqlənirsə, bu, hamımızın uğurudur. Azarkeş də komandanı dəstəkləyir, hansısa bir futbolçunu yox. Hər zamankından daha çox çalışıram ki, komandaya xeyir verim. Düzdür, beynəlxalq oyunlarda hələ qol vurmamışam. Amma inanıram ki, o da olacaq".
"Özümü kiməsə sübut etmək kimi fikrim yoxdur" deyən hücumçu əsas məqsədinin baş məşqçi Qurban Qurbanovun verdiyi tapşırıqları yerinə yetirməkdən ibarət olduğunu vurğulayıb:
"Futbolçuyam, öz işimi görürəm, baş məşqçinin verdiyi tapşırıqlara əməl edirəm. Üzərimə düşən vəzifəmi, işimi icra etməyə çalışıram.
Mahir Mədətov "Qarabağ"ın İngiltərə "Arsenal"ı ilə Avropa Liqası, Azərbaycan yığmasının isə Malta ilə UEFA Millətlər Liqası matçlarında qol epizodlarından yararlana bilmədiyi üçün azarkeşlərin sərt reaksiyası ilə qarşılaşıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Mədə sancısı və krampa qarşı təsirli bitki çayı
-
iPhone istifadəçiləri bu funksiyanı mütləq aktivləşdirin
-
Almanın üzərinə bir çimdik əlavə edin: faydası birə beş artır
-
Elektromobil idarə edənlərə batareya ilə bağlı qızıl məsləhət - (Video)
-
“Mustafa”nın yeni layihəsi bəlli oldu
-
Günün qoroskopu: Hər kəsin yükünü üzərinizə götürməyin
-
Rusiya ilə dost ola bilərik - Zelenski
-
Melaniya Tramp: Ukrayna ilə bağlı yeni razılaşma üzərində işləyirik
-
Saxta pulu həqiqi puldan necə ayırmaq olar? - (Video)
-
“Nvidia”nın həmtəsisçisi vəzifəsinə qayıtdı, bitkoin bahalaşdı
-
Şəmkirdə parçalanmış meyiti tapılan şəxsin kimliyi məlum olub
-
COP31 çərçivəsində mühüm nəticələr əldə olunub - Yalçın Rəfiyev
-
Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı - (Video)
-
Əməkdar müəllim faciəvi şəkildə öldü
-
"Barselona" Bakıya gəlib - (Video)
-
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib - (Foto)
-
Qarabağ Universitetindən tələbələrin davası ilə bağlı açıqlama
-
Sabah Qazaxda qaz kəsiləcək
-
Elmin Fərəcov nazirlikdə Aparat rəhbəri oldu
-
İnterpol iki azərbaycanlı qadını axtarır
-
Sabiq vəzifəli şəxs vəfat etdi
-
Dünyadakı "Barselona" azarkeşləri Bakıda görüşəcək
-
Sabunçuda “Chevrolet” yandı
-
Prodüser Elmir Məhərrəmovun meyiti tapıldı





