İdman

"Arsenal"da zədə problemi - 4 futbolçu "Qarabağ"a qarşı oynamayacaq

13 Sentyabr 2018 17:36
0 Şərh     Baxış: 1 196
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Arsenal" zədəli futbolçuları ilə bağlı məlumat yayıb.

Milli.Az futbol11.az-a istinadən xəbər verir ki, London klubunun müdafiəçisi Sead Kolaşinaç və yarımmüdafiəçisi Enzl Meytlend-Naylz oktyabrın əvvəlində məşqlərə başlayacaq. Müdafiəçilər - Karl Cenkinsonla Loran Koselni isə noyabrda hazırlıqlara start götürəcəklər. Adları çəkilən 4 futbolçu Avropa Liqasında "Qarabağ"a qarşı səfər matçını buraxacaqlar.

Qeyd edək ki, "Qarabağ" - "Arsenal" görüşü oktyabrın 4-də baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.