Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Sportinq"də yeni müqavilə qeydə alınıb.
Milli.Az xəbər verir ki, Portuqaliya klubu Yovane Kabral ilə sözləşmənin müddətini uzadıb. Yeni müqaviləyə əsasən, 20 yaşlı hücumçu 2023-cü ilədək Lissabon təmsilçisinin şərəfini qoruyacaq. Gənc futbolçunun sərbəstqalma məbləği 60 milyon avro təyin olunub.
Kabral 2016-cı ildə "Sportinq"ə transfer olunub. O, lissabonluların B komandasında çıxış edib.
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsində ilk oyununu səfərdə "Sportinq"ə qarşı keçirəcək. "Joze Alvalade" stadionunda 20 sentyabr tarixində təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Milli.Az