İdman

Portuqaliya Avropa çempionu oldu

30 İyul 2018 09:39
0 Şərh     Baxış: 1 675
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının qalibi müəyyənləşib.

Milli.Az sport24.az-a istinadən xəbər verir ki, Finlandiyada təşkil olunan AÇ-2018-in həlledici oyununda İtaliya və Portuqaliya yığmaları üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib - 2:2. Bu üzdən də əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda qapılara daha 3 qol vurulub. Sonda Portuqaliya yığması 4:3 hesabıyla qalib gəlib.

Portuqaliyalıların heyətində Joao Felipe dubl edib (45, 104). Digər qolları isə Fransisko Trinkanla (72) Pedro Korreya (109) vurub. İtaliya yığmasının heyətində isə Moyze Kin dubla imza atıb (75, 76), digər qolu Canluka Skamakka vurub (107).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.