İdman

"Zirə"nin planında dəyişiklik: "Əskişəhərspor"un yerinə "Traktor Sazi"

30 İyul 2018 09:35
0 Şərh     Baxış: 1 042
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Zirə"nin hazırlıq planında dəyişiklik olub.

Milli.Azklubun "Twitter" hesabına istinadən xəbər verir ki, komanda bu gün əvvəldən planda tutulduğu kimi "Əskişəhərspor"la yox, İranın "Traktor Sazi" klubunun U-23 komandası ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Qeyd edək ki, "Zirə" Türkiyədəki bundan əvvəlki yoxlama görüşlərində Qətərin "Əl-Xaritiyah" (1:1) klubu və Türkiyə "Giresunspor"u (0:0) ilə bərabərə qalıb, "Osmanlıspor"a qalib gəlib (1:0).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.