Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Zirə"nin hazırlıq planında dəyişiklik olub.
Milli.Azklubun "Twitter" hesabına istinadən xəbər verir ki, komanda bu gün əvvəldən planda tutulduğu kimi "Əskişəhərspor"la yox, İranın "Traktor Sazi" klubunun U-23 komandası ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Qeyd edək ki, "Zirə" Türkiyədəki bundan əvvəlki yoxlama görüşlərində Qətərin "Əl-Xaritiyah" (1:1) klubu və Türkiyə "Giresunspor"u (0:0) ilə bərabərə qalıb, "Osmanlıspor"a qalib gəlib (1:0).
Milli.Az