İdman

"Biz hələlik komanda deyilik" - Mourinyo

23 İyul 2018 12:32
0 Şərh     Baxış: 938
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted" mövsüm öncəsi yoldaşlıq görüşündə "San-Xose" ilə üz-üzə gəlib. Görüş qolsuz bərabərliklə yekunlaşıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, baş məşqçi Joze Mourinyo oyunun yekunlarını dəyərləndirib.

Portuqaliyalı mütəxəssisin indilik yaxşı nəticələr qazanmaq iqtidarında olmadığını bildirib: "Növbəti məşq sessiyası geridə qaldı. Biz hələlik komanda deyilik, sadəcə, müxtəlif komandalardan toplanmış oyunçularımız var: kimi əsas heyət üzvüdü, kimi gənclərdəndi, icarədən qayıdanlar, yeniyetmələr var...

Hələlik yaxşı nəticə qazanacaq komandamız yoxdu. Əsas heyətin 10 oyunçusunun olmaması çətindi. Bununla belə, nə qədər ağır olsa da, motivasiyamızı itirməməyə çalışırıq".

"Mançester Yunayted" yeni mövsüm hazırlıqları çərçivəsində növbəti oyununu iyulun 26-da keçirəcək. "Qırmızı şeytanlar" Beynəlxalq Çempionlar kubokunda "Milan"la qarşılaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.