FİFA-nın yeni metodla reytinq siyahısı - TƏXMİNLƏR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
FİFA 2 gündən sonra milli komandaların reytinq siyahısını açıqlayacaq.
Milli.Az apasport.az-a istinadən bildirir ki,cədvəl bu dəfə yeni metodla hesablanacaq.
Yeni hesablama sisteminə keçən qurum bunu ilk dəfə tətbiq edəcək. Artıq iyulun 19-da açıqlanacaq reytinqlə bağlı ehtimallar cədvəli də tərtib olunub.
Bu cədvəl də yeniliklər əsasında qurulub. Lakin yeni metodun ilk dəfə tətbiq olunması üzündən təxminlərlə bağlı müəyyən xətaların olması istisna deyil.
Rusiyada keçirilən DÇ-2018, həmçinin cədvəlin yeni metodla hesablanması siyahıda azsaylı dəyişikliklərlə nəticələnib. Bunlar Azərbaycan yığmasının mövqeyinə təsir etməyib.
İyunun 7-dən sonrakı 6 həftəlik hesabat dövründə bir matça çıxan Qurban Qurbanovun yetirmələri Latviyanı 3:1 hesabı ilə məğlub edib. Xal hesabı dəyişməz qalan komandamız 321 xalla təxmini siyahının 105-ci pilləsində qərarlaşıb. Hərçənd, köhnə hesablama metodu ilə xalımız 319-a enməli idi.
Millimiz və qonşuları
101 (101). Liviya - 336
102 (102). Vyetnam - 334
103 (103). Niger - 323
104 (104). Haiti - 322
105 (105). Azərbaycan - 321
106 (107). Mavritaniya - 304
107 (108). KXDR - 303
107 (108). Mərkəzi Afrika Respublikası - 303
107 (106). Madaqaskar - 303
110 (110). İordaniya - 296
Təxmini siyahıda dünyanın ən güclü 10 komandasının siyahısında bəzi dəyişikliklər baş verib. Dünya çempionu titulunu qazanan Fransa 3 pilləlik sıçrayışa nail olub. "Onluğ"un tərkibi dəyişməsə də, Argentina 2, Portuqaliya və Polşa 1 pillə geriləyib. Çili isə irəliləyişlə diqqət çəkib. Maraqlıdı ki, təxminlər Almaniya və Braziliyanın ilk iki pillədə qalacağını vəd edir.
İlk "onluq"
1 (1). Almaniya - 1459
2 (2). Braziliya - 1438
3 (3). Belçika - 1380
4 (7). Fransa - 1313
5 (4). Portuqaliya - 1252
6 (6). İsveçrə - 1202
7 (5). Argentina - 1196
8 (9). Çili - 1136
9 (8). Polşa - 1115
10 (10). İspaniya - 1104
Millimizin Millətlər Liqasındakı rəqibləri - Kosovo, Farer adaları və Maltanın təxmini siyahıda mövqeləri dəyişməz qalıb.
Millimizin rəqibləri
90 (90). Farer adaları - 374
141 (141). Kosovo - 197
184 (184). Malta - 65
Qeyd edək ki, ehtimallara əsasən 1 addım geriləyəcək qonşu Türkiyə millisi 705 xalla 39-cu yerdə qərarlaşıb
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Ronaldunun milli komandanı tərk etməsinə həm də oğlu səbəb imiş
-
Türkiyədə futbol hakimləri işi üzrə 5 nəfər tutuldu
-
Ronaldo ilə Jorje Jesus arasındakı qalmaqalla bağlı həqiqət açıqlandı
-
Bu gün "Turan Tovuz" İstanbul nəhəngi ilə qarşılaşacaq
-
Arda Güler cəzalandırıldı
XƏBƏR LENTİ
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşar makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)
-
Metroda kişi öldü
-
Nəfəsin efektsiz fotosu müzakirə yaratdı - (Fotolar)
-
Toyda bəyin möhtəşəm rəqsi diqqət çəkdi – (Video)
-
Aytac Vidadiqızı arıqlayıb "iynəyə sap oldu" - (Video)
-
Ronaldunun milli komandanı tərk etməsinə həm də oğlu səbəb imiş
-
Tualet çənini akvariuma çevirdi – (Video)
-
Sürücülərin nəzərinə: Sürət həddi endirildi





