İdman

Ronaldu DÇ tarixində het-trik edən ən yaşlı futbolçu olub

16 İyun 2018 10:55
8 Şərh     Baxış: 1 760
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu dünya çempionatları tarixində het-trik edən ən yaşlı futbolçu olub.

Milli.Az report-a istinadən xəbər verir ki, "Real Madrid"in forvardı DÇ-2018-də "B" qrupunun I turunda İspaniya yığması 3:3 hesabı ilə başa çatan görüşdə 3 qol vurmaqla bu ünvana sahib çıxıb.

O, 33 yaş 130 günlüyündə bunu bacaran ilk futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, K.Ronaldu ardıcıl dörd mundialda fərqlənən 4-cü futbolçu olub. Portuqaliyalı hücumçu bundan əvvəl DÇ-2006, DÇ-2010 və DÇ-2014-də qol vurub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.