İdman

"Şadam ki, Ronaldu portuqaliyalıdır" - Santuş

16 İyun 2018 09:46
0 Şərh     Baxış: 1 619
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Oyunun keyfiyyəti yüksək idi. İlk 15 dəqiqədə yaxşı çıxış etdik. Ancaq rəqib oyunun axarını dəyişə bildi, çox təhlükəli vəziyyətlər yaratdı. Nəticədən razı qaldım.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş İspaniya ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis 3:3 hesablı bərabərliyi belə şərh edib:

"Təbii ki, nəticədən tam razı ola bilmərəm. Mən bir məşqçi kimi çox şeyi düzəltməliyəm. Biz texnikalı komanda olsaq da, topa nadir hallarda nəzarət etdik". 

F.Santuş oyunda het-trik edək komandanın kapitanı Kriştianu Ronaldu haqda da fikir bildirib:

"Ronaldonun texnikası və fiziki gücü həmişə yerindədir. Ancaq Ronaldunun turnirə köklənməyi onu dünyanın ən yaxşısı edir. O, komandanın ən çətin məqamlarda toparlayır. Şadam ki, Ronaldu portuqaliyalıdır. Sənin komandadan dünyanın ən yaxşı futbolçusunun oynamağı əladır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.