İdman

İsrail Fələstini FİFA-ya şikayət edəcək

7 İyun 2018 12:55
0 Şərh     Baxış: 1 233
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail Futbol Assosiasiyası FİFA-ya Fələstin Futbol Federasiyasından şikayət edəcək.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Fələstin tərəfinin etirazından sonra Argentina İsraillə yoxlama oyunu keçirməkdən imtina edib.

İsrail tərəfi fələstinliləri təhdiddə ittiham edirlər. Məsələ ilə bağlı İsrail tərəfinin yaydığı bəyanatda deyilir:

"İsrail Futbol Assosiasiyasının rəhbəri Ofer Eyni ilə baş direktor Rotem Kamer Argentina Futbol Assosiasiyası və FİFA ilə birbaşa əlaqədədirlər. Biz bu günə qədər yoxlama oyununun təxirə salındığı barədə rəmsi məlumat almamışıq. Ancaq qarşılaşmanın keçirilməmə ehtimalı var. Fələstin tərəfinin təhdidinə ciddi yanaşırıq.

İsrail tərəfi FİFA prezidenti Canni İnfantinoya bu təhdidlə bağlı şikayət edəcək. Futbolçuları təhdid edənlər cəzalandırılmalıdılar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.