Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu DÇ-2018 öncəsi açıqlama verib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, ölkəsinin mətbuatına danışan 33 yaşlı hücumçu mundialın favoriti olmadıqlarını deyib:
"Dünya çempionatında oynayacağımız üçün bütün komanda qürur hissi keçirir. Çox yaxşı oyunçulardan ibarət heyətimiz var. Favoritlər sırasında olmadığımızı bilirik, amma futboldan heç nə mümkünsüz deyil".
K.Ronaldu qrup matçlarının çətin keçəcəyini vurğulayıb:
"İspaniya və digər oyunları düşünməliyik. Çünki görüşlər çətin keçəcək. Əlimizdən gələnin ən yaxşısını edəcəyik".
Qeyd edək ki, Portuqaliya B qrupunda İspaniya, İran, Mərakeşlə mübarizə aparacaq.
Milli.Az